Meta Platforms

Meta Platforms, Inc., (ticarət adı Meta; əvvəllər Facebook, Inc.), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına Facebook, Facebook Messenger, WhatsApp, Instagram, Facebook Watch, Facebook Portal, Oculus, Giphy, Mapillary və digərləri daxildir. O, dünyanın ən dəyərli şirkətlərindən biridir və Amazon, Alphabet (Google), Apple və Microsoft ilə yanaşı Amerika Birləşmiş Ştatları-nın informasiya texnologiyaları sahəsində Big Tech şirkətlərindən biri hesab olunur. Şirkət öz gəlirinin əhəmiyyətli bir hissəsini marketoloqlara reklam yerlərinin satışından əldə edir. 2021-ci ilin oktyabrında media orqanları Facebook-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirdi; həmin ayın sonunda – oktyabrın 28-də Meta olaraq rebrendinq edildi. "Meta" Qədim yunan dilindən gəlir və futuristik motivi ifadə edən "kənar" mənasını verir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne